İcracılar
Dəstətkləyənlər
Məqalələr
Təhsil kreditiləri
İcmallar
Media bizim haqqımızda
Abunə yazılmaq
Ziyarətçilər
Servis
|
Təhsil - Azərbaycanın inkişafıdır!
"Təhsil kreditləri haqqında" qanun layihəsinin təhlili, təbliği, ictimai müzakirəsi və qəbuluna ictimai dəstəyin təmin edilməsi Layihəsinin saytına xoş gəlmişsiniz! Daha ətraflı məlumat üçün bax 
2 son yenilik
Ərizə qəbuluna başlanır
-
01/04/2008 - 11:44
ALİ MƏKTƏBLƏRƏ VƏ ORTA TƏHSİL BAZASINDAN ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ ƏRİZƏ QƏBULUNA BAŞLANIR
AzərTAc xəbər verir ki, martın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2008/2009-cu tədris ili üçün respublikanın ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. TQDK-nın sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ətraflı məlumat verərək bildirmişdir ki, abituriyentlər martın 31-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, bundan sonra sənəd qəbulu komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək, aprelin 11-dən mayın 31-dək ərizələrini təsdiq etdirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşlarından ərizə qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır: Abituriyentlər əvvəlcə “ödəmə kartı” əldə edirlər. Bundan sonra şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və “Ödəmə kartı”ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə, TQDK-nın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/ali2008) daxil olur və “Abituriyentin elektron ərizəsi” formasını doldururlar. Azərbaycan və rus bölməsinin abituriyentləri tələb olunan sənədləri SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər. Xarici dövlətlərin vətəndaşları tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək TQDK-da yaradılmış SQK-ya təqdim etməklə “Abituriyentin ərizəsi”nin kağız formasını doldururlar. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olmaq istəyənlər isə sənədlərini müvafiq nazirlik və idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim edirlər. M.Abbaszadə bildirmişdir ki, müvafiq qəbul qaydalarına əsasən, abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan edildikdən sonra qəbul planına daxil olan ixtisaslar siyahısından internet vasitəsilə ixtisas seçimi aparılır. İxtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər: I və IV ixtisas qruplarında müsabiqəyə ümumi balı 250-dən, digər qruplarda isə 300-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. Azərbaycan bölməsində III qrupun DT altqrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir. Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu ilə bağlı elanın tam mətni, o cümlədən abituriyentin elektron və kağız formalı ərizələrinin nümunələri və onların doldurulma qaydaları, azərbaycanlı gənclərin Türkiyə universitetlərinə qəbulu haqqında elan “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilmiş və TQDK-nın internet saytında (www.tqdk.gov.az) verilmişdir. ... / ... 
ALİ MƏKTƏBLƏRƏ VƏ ORTA TƏHSİL BAZASINDAN ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ ƏRİZƏ QƏBULUNA BAŞLANIR
AzərTAc xəbər verir ki, martın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2008/2009-cu tədris ili üçün respublikanın ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. TQDK-nın sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ətraflı məlumat verərək bildirmişdir ki, abituriyentlər martın 31-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, bundan sonra sənəd qəbulu komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək, aprelin 11-dən mayın 31-dək ərizələrini təsdiq etdirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşlarından ərizə qəbulu internet vasitəsilə aşağıdakı qaydada aparılır: Abituriyentlər əvvəlcə “ödəmə kartı” əldə edirlər. Bundan sonra şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və “Ödəmə kartı”ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə, TQDK-nın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/ali2008) daxil olur və “Abituriyentin elektron ərizəsi” formasını doldururlar. Azərbaycan və rus bölməsinin abituriyentləri tələb olunan sənədləri SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər. Xarici dövlətlərin vətəndaşları tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək TQDK-da yaradılmış SQK-ya təqdim etməklə “Abituriyentin ərizəsi”nin kağız formasını doldururlar. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olmaq istəyənlər isə sənədlərini müvafiq nazirlik və idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim edirlər. M.Abbaszadə bildirmişdir ki, müvafiq qəbul qaydalarına əsasən, abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan edildikdən sonra qəbul planına daxil olan ixtisaslar siyahısından internet vasitəsilə ixtisas seçimi aparılır. İxtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər: I və IV ixtisas qruplarında müsabiqəyə ümumi balı 250-dən, digər qruplarda isə 300-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. Azərbaycan bölməsində III qrupun DT altqrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir. Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu ilə bağlı elanın tam mətni, o cümlədən abituriyentin elektron və kağız formalı ərizələrinin nümunələri və onların doldurulma qaydaları, azərbaycanlı gənclərin Türkiyə universitetlərinə qəbulu haqqında elan “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilmiş və TQDK-nın internet saytında (www.tqdk.gov.az) verilmişdir. 
İlin ən yaxşı müəllimi kim olacaq?
-
01/04/2008 - 11:16
Bu ada 400 nəfər iddialıdır
İlin ən yaxşı müəllimi və ən yaxşı məktəbi müsabiqəsində iştirak etmək üçün sənədlərin qəbulu prosesi başa çatıb. Təhsil Nazirliyində müsabiqənin təşkilat komitəsinin iclası keçirilib. İclasda bildirilib ki, ilin ən yaxşı müəllimi olmaq üçün 400 nəfər sənəd verib ki, onlar arasında riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, ibtidai sinif müəllimləri üstünlük təşkil edir. İlin ən yaxşı məktəbi adına isə 124 məktəb iddialıdır. Təşkilat Komitəsinin iclasında ilin ən yaxşı müəllimi seçilmək istəyənlərin növbəti mərhələyə buraxılmasından öncə yaradıcı iş yazmaları təklif edilib. Yaradıcı iş aprelin əvvəllərində Bakı məktəblərindən birində təşkli ediləcək və nəticələr operativ açıqlanacaq. İlin ən yaxşı məktəbi olmaq istəyənlərin isə 9-11-ci sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq.
("OLAYLAR"İA) [mart 2008] ... / ... 
Bu ada 400 nəfər iddialıdırİlin ən yaxşı müəllimi və ən yaxşı məktəbi müsabiqəsində iştirak etmək üçün sənədlərin qəbulu prosesi başa çatıb. Təhsil Nazirliyində müsabiqənin təşkilat komitəsinin iclası keçirilib. İclasda bildirilib ki, ilin ən yaxşı müəllimi olmaq üçün 400 nəfər sənəd verib ki, onlar arasında riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, ibtidai sinif müəllimləri üstünlük təşkil edir. İlin ən yaxşı məktəbi adına isə 124 məktəb iddialıdır. Təşkilat Komitəsinin iclasında ilin ən yaxşı müəllimi seçilmək istəyənlərin növbəti mərhələyə buraxılmasından öncə yaradıcı iş yazmaları təklif edilib. Yaradıcı iş aprelin əvvəllərində Bakı məktəblərindən birində təşkli ediləcək və nəticələr operativ açıqlanacaq. İlin ən yaxşı məktəbi olmaq istəyənlərin isə 9-11-ci sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq. ("OLAYLAR"İA) [mart 2008] 
Müzakirələr
Diqqət!
"Təhsil kreditləri" qanun layihəsivə hüquqi-normativ sənədlər adlı kitab nəçr üçün hazırlanır.Kitabın elektron versiyası ilə "Sənədlər" bölümündə tanış ola bilərsiniz.
| Hadisələr təqvimi
Sorğu
Axtarış
Qeydiyyat
Goşulmaq
 7 üzv
Qoşulub
-
|